...

Azərbaycan Türkiyədən təbii bal alışına çəkdiyi xərci 5 dəfədən çox azaldıb

İqtisadiyyat Materials 7 May 2025 12:07 (UTC +04:00)
Azərbaycan Türkiyədən təbii bal alışına çəkdiyi xərci 5 dəfədən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Türkiyədən 7,55 ton miqdarında, 20,9 min ABŞ dolları dəyərində təbii bal idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Türkiyədən təbii bal alışı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8,21 ton və ya 2,1 dəfə, dəyər ifadəsi ilə 87,6 min ABŞ dolları, yaxud da 5,2 dəfə azalıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Türkiyə Azərbaycana 15,76 ton miqdarında, 108,5 min ABŞ dolları dəyərində təbii bal satmışdı.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 41 ton miqdarında, 196 min ABŞ dolları dəyərində təbii bal idxal edilib. Bu məhsul əsasən Ukrayna, Türkiyə və Rusiyadan alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti