...

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Cəmiyyət Materials 7 May 2025 13:56 (UTC +04:00)
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.

Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-a (ADY) istinadən xəbər verir.

Belə ki, 6, 7, 8 və 9 iyun tarixlərində qatarlarımız həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.

Biletləri saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti