Bakı. Trend:
Bu ilin aprel ayında Azərbaycan istifadəçilərinin “Facebook” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 22,91 faiz bəndi artaraq 45 faiz təşkil edib.
Bu barədə Trend “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “İnstagram” dayanır. Onun payı 15,06 faiz bəndi azalaraq 24,23 faizə çatıb. Siyahıda üçüncü yerdə 10,07 faizlə “Pinterest” gəlir (əvvəlki ayla müqayisədə 2,77 faiz az).
Bu göstəriciyə görə, dördüncü yerdə “YouTube” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 4,71 faiz bəndi azalaraq 9,82 faiz təşkil edib.
“X” media platforması 6,74 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 0,83 faiz artım).
Reytinqdə altıncı yeri 1,46 faiz göstərici ilə “Linkedin” tutub (əvəlki ayla müqayisədə 0,49 faiz çox).
Digər sosial şəbəkələrin payı 2,68 faiz təşkil edib.