Bakı. Trend:
Ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov bildirib.
Onun sözlərinə görə, bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub.
"Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb", - deyə Ö.Xıdırov qeyd edib.