...

Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarətinə yola düşəcəyi vaxt açıqlanıb

Cəmiyyət Materials 7 May 2025 13:48 (UTC +04:00)
Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarətinə yola düşəcəyi vaxt açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan ilk zəvvar qrupu bu ayın 25-i Həcc ziyarətinə yola düşəcək.

Bunu Trend-ə açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, digər zəvvar qrupları da mərhələli şəkildə ziyarətə yola düşəcək.

"Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib", - QMİ rəsmisi qeyd edib.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti