...

Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk - Pakistan səfiri

Siyasət Materials 7 May 2025 12:36 (UTC +04:00)
Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk - Pakistan səfiri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Hindistanın hücumlarına cavab olaraq Pakistana sarsılmaz dəstəyini yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“Azərbaycanın Hindistanın günahsız, dinc sakinlərə qarşı qorxaqcasına hücumlarına cavab olaraq Pakistana sarsılmaz dəstəyini yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaq”, - səfir paylaşımda qeyd edib.

Xatırladaq ki, ötən gecə Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Hava zərbələri nəticəsində ölən 26 nəfər dinc sakin həlak olub, 46 nəfər isə yaralanıb.

Bundan sonra, Pakistan cavab atəşi ilə Hindistandakı hədəfləri vurmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti