...

Ötən gün axtarışda olan 119 nəfər saxlanılıb - DİN

Gündəm Materials 7 May 2025 10:01 (UTC +04:00)
Ötən gün axtarışda olan 119 nəfər saxlanılıb - DİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 6-da ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti