...

Azərbaycan Rusiyadan kərə yağının idxalını kəskin azaldıb

İqtisadiyyat Materials 7 May 2025 11:55 (UTC +04:00)
Azərbaycan Rusiyadan kərə yağının idxalını kəskin azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Rusiyadan 350 kiloqram miqdarında, 4,1 min ABŞ dolları dəyərində kərə yağı idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Rusiyadan kərə yağı alışı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 19,65 ton və ya 57,1 dəfə, dəyər ifadəsi ilə 75,5 min ABŞ dolları, yaxud da 19,4 dəfə azalıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Rusiya Azərbaycana 20 ton miqdarında, 79,6 min ABŞ dolları dəyərində kərə yağı satmışdı.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 2,9 min ton miqdarında, 15,4 milyon ABŞ dolları dəyərində kərə yağı idxal edilib. Bu məhsul əsasən İran, Yeni Zellandiya və Belarusdan alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti