...

Xətai rayonunda avtomobil piyadanı vurub (VİDEO)

Hadisə Materials 7 May 2025 12:16 (UTC +04:00)
Xətai rayonunda avtomobil piyadanı vurub (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən qəzada avtomobil yolu keçid olmayan yerdən keçən ana və övladını vurub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Mərkəzin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdə məqsəd yol hərəkəti iştirakçılarını maarifləndirməkdir:

"Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən bu qəza da hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki, piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı, övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki, belə olan hallarda da qəzaların, xüsusilə də uşaqların və valideynlərin ölümü və yaxud xəsarətilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur".

O bildirib ki, ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib. Bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.

"Qəzaların baş verməsinə səbəblər isə, demək olar ki, eynidir:

1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;
2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;
3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;
4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;
5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.

Bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir", - deyə Ö.Xıdırov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti