...

Azərbaycan və İraq XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib (FOTO)

Siyasət Materials 7 May 2025 12:41 (UTC +04:00)
Azərbaycan və İraq XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında geniş tərkibdə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirilib, ikitərəfli və çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar müzakirə edilib.

Daha geniş regional və qlobal hadisələr nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərinə dair perspektivləri bölüşüb.

Ceyhun Bayramov münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud problemlər barədə qarşı tərəfə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti