Bakı. Trend:
Mayın 7-də gecə saatlarında Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hər ikisi musiqiçi olan şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.
Belə ki, sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.