...

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

Cəmiyyət Materials 1 Yanvar 2025 07:12 (UTC +04:00)
Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

13 illik danışıq və proseduralardan sonra yanvarın 1-də Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.

Trend-in məlumatına görə, martda 2 ölkənin aeroportlarında sərhəd nəzarəti ləğv edilmişdi. Bu gün isə əlavə olaraq quru yollarında nəzarət məntəqələri yığışdırılıb.

1985-ci ildən formalaşan Şengen zonasına Avropa İttifaqına üzv 25 ölkə, həmçinin Aİ üzvü olmayan İsveçrə, Norveç, Finlandiya və Lixtenşteyn daxildir. Şengen sistemi bu zona daxilində 400 milyon nəfərin sərhəd nəzarəti olmadan sərbəst hərəkətinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti