...

Kiberdələduzluq hallarına qarşı maarifləndirmə tədbirləri gücləndirilib

Cəmiyyət Materials 31 Dekabr 2024 12:19 (UTC +04:00)
Kiberdələduzluq hallarına qarşı maarifləndirmə tədbirləri gücləndirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində polis əməkdaşları kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işini daha da gücləndirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb və sakinlərə paylanıb.

Diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn üsulla satılan məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər. Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır. Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir.

Xəbər lenti

Xəbər lenti