...

ADPU-2024 media yekunları nəticəsində 10 milyon sosial media baxış, 750-dək xəbər, 52.000-dən çox müraciət gəlib

Cəmiyyət Materials 31 Dekabr 2024 18:54 (UTC +04:00)
ADPU-2024 media yekunları nəticəsində 10 milyon sosial media baxış, 750-dək xəbər, 52.000-dən çox müraciət gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2024-cü ildə ictimaiyyətlə əlaqələr və marketinq sahəsində yüksək dinamik inkişafını davam etdirib.

Trend xəbər verir ki, universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən həyata keçirilən layihələr və tədbirlər ölkənin aparıcı KİV, agentlik və telekanallarında geniş işıqlandırılıb, həmçinin ADPU-nun mətbu orqanı olan “Gənc müəllim” qəzeti dərc olunub.

2024-cü ilin yekunlarına əsasən, universitet haqqında 746 xəbər 4000-ə yaxın mənbədə yayımlanıb ki, bu, 2023-cü illə müqayisədə xəbər sayında 11.2%, xəbərlərin yayımlandığı mənbə sayında isə 11.1% artım deməkdir. Statistikaya görə, bir ayda ortalama 62 xəbər 330 mənbədə dərc edilib. Ötən il isə bu rəqəmlər müvafiq olaraq 57 və 300 olub.

ADPU-nun sosial şəbəkələrindəki fəaliyyət də xüsusi diqqətə layiqdir. Universitetin rəsmi feysbuk səhifəsinin izləyici sayı 11000 nəfərə çatıb, bu da əvvəlki ilə nisbətən 132% artım təşkil edir. Səhifədəki postlar 2.674 milyon istifadəçiyə çatıb, bu isə 162% artımı göstərir. İnstagram səhifəsinin izləyici sayı 22.8 minə çatmış, bu da ötən illə müqayisədə 26.7% artım deməkdir. İl ərzində səhifədə paylaşılmış postlar 7 milyondan çox izlənilib, 45.6% artım müşahidə edilib.

Rəsmi teleqram kanalının izləyici sayı 5500-dən çox olub, Yutub kanalında isə 5700-dən çox aktiv izləyici var. ADPU-nun rəsmi sosial media hesabları və saytı, həmçinin tələbələrin və ictimaiyyətin etibarlı informasiya mənbəyinə çevrilib. 2024-cü ildə 52.000-dən çox müraciət cavablandırılıb.

Tələbə qəbulu dövründə də yüksək aktivlik müşahidə olunub, universitetin sosial media hesabları vasitəsilə 5356 müraciət cavablandırılıb. Həmçinin, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə birgə təşkil edilən operativ dəstək xidməti 300-dən çox abituriyentə yerində xidmət və yardım göstərib.

2024/2025-ci tədris ilində qəbul olunan tələbələrin 63%-i ADPU haqqında ilk məlumatı sosial media hesabları və rəsmi saytdan alıb. Bu il ərzində həmçinin “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi keçirilmiş, 1000-ə yaxın tələbə-gəncin iştirak etdiyi müsabiqənin qalibləri müxtəlif mükafatlar və mentorluq proqramları ilə mükafatlandırılıb.

ADPU-nun fəaliyyətinə göstərilən maraq və tələbələrin müsbət reaksiyaları universitetin ictimaiyyətlə əlaqələr sahəsindəki uğurlarını daha da möhkəmləndirib.

Xəbər lenti

Xəbər lenti