Bakı. Trend:
İngiltərə millisinin və "Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi baş məşqçi vəzifəsini icra etdiyi "Plimut Arqayl" klubundan ayrılıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubla 39 yaşlı mütəxəssis arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Runi 2023-cü ilin may ayından komandanın baş məşqçisi idi. Onun köməkçiləri də istefa veriblər.
Qeyd edək ki, "Plimut Arqayl" hazırda İngiltərə Çempionşipində 23 turdan sonra sonuncu, 24-cü yerdə qərarlaşıb.