Bakı. Trend:
İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Şeyx Məhəmməd məscidinin (Arxeoloji muzey) bərpa olunacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, məscidlə yanaşı, tikiliyə məxsus ərazinin abadlaşdırılması işləri də həyata keçiriləcək.
Artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıq işlərinə başlayıb.
Agentlik sözügedən işlərin icrasının 349,7 min manata başa gələcəyini proqnozlaşdırıb.