Bakı. Trend:
Xankəndi şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zəfər meydanında təşkil edilən “Qış nağılı” yarmarkasında bayram çoşqusu davam edir.Şəhər başdan- ayağa bayram əhval-ruhiyyəsi ilə bəzədilib.
Trend xəbər verir ki, həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir. Bu il Xankəndidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar yarmarka və bayram tədbirləri keçirilir. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin gənclər üçün kreativ oyunlar, master- klaslar təşkil edilib.
Bayram münasibətilə bu günlərdə Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Xüsusilə bura Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaqlar gəlir. Xankəndi ilə tanışlıq bu gözəl diyara qonaq gələn insanlarda zəngin təəssürat yaradıb. Qonaqlar Xankəndi şəhərində “Qış nağılı” yarmarkasını ziyarət etməklə bərabər şəhərin gəzməli, görməli yerləri ilə tanış olub şəkil çəkdirirlər.