Bakı. Trend:
Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Paylaşımda deyilir: "Qardaş Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, yeni ilin Azərbaycan xalqına və bütün Türk dünyasına sülh və əmin-amanlıq gətirməsini diləyirik."