Bakı. Trend:
Niderlandın Bakıdakı səfirliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.
Trend xəbər verir ki, bu barədə diplomatik missiyanın “İnstagram” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Niderland Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi Sizə xoşbəxt, firavan və sülh dolu Yeni İl arzu edir və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir", - paylaşımda qeyd olunub.