...

Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək - Vüqar Qurbanov

Cəmiyyət Materials 30 Dekabr 2024 23:50 (UTC +04:00)
Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək - Vüqar Qurbanov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Yeni Klinika”da müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.

Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, evə buraxılanların durumu yaxşıdır: "Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir".

Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti