Bakı. Trend:
Yanvarın 3-də Varşavada minlərlə fermer etiraz aksiyası keçirə bilər.
Trend-in PAP agentliyinə istinadən verdiyi məlumata görə, Polşa fermerləri Aİ ilə MERKOSUR ölkələri arasında ticarət sazişinə, sıfır karbon emissiyasına nail olmaq üçün tətbiq edilən ekoloji strategiyalara, meşələrin məhvinə və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına etiraz məqsədilə Varşavada aksiya təşkil edəcəklər.
Aksiya ilə bağlı məlumat dekabrın 30-da keçirilən xüsusi mətbuat konfransında Polşa fermerlərinin bir neçə həmkarlar ittifaqı assosiasiyasının nümayəndələri tərəfindən açıqlanıb.
Yürüşün Bakı vaxtı ilə saat 17:00-da Aİ-nin Varşavadakı missiyası yaxınlığında başlaması və teatr binası yaxınlığında saat 00:00-da başa çatması planlaşdırılır.
Polşalı fermerlərə Almaniya və Slovakiyadan olan həmkarları da dəstək göstərəcək, onların nümayəndələri də Varşavaya gələrək aksiyada iştirak edəcək.