Bakı. Trend:
İsrail hərbçiləri Qəzza zolağının Xan Yunis şəhərindəki humanitar zonada Fələstinin "HƏMAS" hərəkatının səhra komandirini hava zərbəsi ilə zərərsizləşdiriblər.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Terrorçu Xan Yunisdəki humanitar zonadakı sığınacaqdan əməliyyat keçirib", - deyə bildirilib.
Məlumata görə, öldürülən Əbd əl-Hadi Sabah 7 oktyabr 2023-cü ildə Qəzza zolağı ilə sərhəd yaxınlığındakı Nir Oza kibbutzuna silahlılarının hücumuna rəhbərlik edən yüksək rütbəli şəxslərdən biri idi.
İsrail ordusu qeyd edib ki, "7 oktyabr qanlı qırğında iştirak edən bütün terrorçulara qarşı fəaliyyətini davam etdirəcək”.