Bakı. Trend:
Böyük Britaniya Xüsusi Təyinatlı Qüvvələrinin doqquz əməkdaşı Suriyadakı müharibə cinayətlərinə görə məhkəmə qarşısına çıxa bilərlər.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən bildirib.
Qeyd olunub ki, hazırda Britaniya hərbi prokurorluğu ehtimal edilən cinayətləri araşdırır.
Söhbət açılan iki cinayət işindən gedir: onlardan birində Kral Silahlı Qüvvələrinin bir hərbi qulluqçu, digərində isə səkkiz hərbçinin adı çəkilir.