Bakı. Trend:
Qazaxıstanda Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsinə qazax və Azərbaycan dillərində mahnı bəstələnib.
Trend Qazaxıstan mediasına istinadən xəbər verir ki, musiqinin müəllifi Renat Qaysin, sözləri isə Daniyar Aldabergen və Elmira Dehqaniindir.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.