Bakı. Trend:
Ağdaş şəhərində bir şəxsin evində bağlı qapı arxasında qaldığı və həyatını itirdiyi məlum olub.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olub.
Çağırış əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri cəlb edilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində şəxsin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.