...

Konor Makqreqor döyüş üçün hazırlıqlara başlayıb

İdman Materials 31 Dekabr 2024 19:33 (UTC +04:00)
Konor Makqreqor döyüş üçün hazırlıqlara başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiyalı döyüşçü Konor Makqreqor Loqan Polla qarşı keçiriləcək döyüş üçün hazırlıqlara başlayıb.

Trend-in məlumatına görə, boks qarşılaşmasının 2025-ci ilin yayında Hindistanda təşkil olunması planlaşdırılır.

“Konor artıq döyüşə hazırlaşmağa başlayıb. Hələlik bu barədə rəsmi açıqlama verilməyib, lakin hazırlıq prosesi davam edir”, - məlumatda deyilir.

36 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində (MMA) 22 qələbə və 6 məğlubiyyətlə seçilir. O, iyunun sonunda Absolute Fighting Championship turnirində amerikalı Maykl Çandlerlə döyüşməli idi. Lakin hazırlıq zamanı ayaq barmağını sındırdığı üçün döyüş ləğv edilib. Bundan əvvəl, 2021-ci ilin iyulunda Dastin Puare ilə son döyüşündə Makqreqor ayağını qırmışdı.

Makqreqor peşəkar boks karyerasında bir döyüş keçirib. 2017-ci ilin avqustunda o, məşhur boksçu Floyd Mayweather-ə qarşı döyüşdə iştirak edib və bu görüşdə məğlub olub.

Xəbər lenti

Xəbər lenti