...

İzmirdə İŞİD-lə əlaqədə şübhəli bilinən 16 nəfər ələ keçib

Dünya xəbərləri Materials 30 Dekabr 2024 14:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində İŞİD üzvlərinin saxlanılması istiqamətində keçirilən növbəti əməliyyat nəticəsində terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun terror cinayətlərinin araşdırılması bürosu tərəfindən aparılan tədqiqat nəticəsində şəhərdə keçmişdə İŞİD tərəfindən Suriya ərazisində fəaliyyət göstərmiş 15 suriyalı və terror təşkilatının təbliğatını aparan iki nəfərin olduğu müəyyən edilib.

Bildirilir ki, keçirilən əməliyyat nəticəsində bu şəxslərdən 16-sı ələ keçirilib, digər bir nəfərin saxlanılması istiqamətində araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti