...

Bred Pitt və Ancelina Coli boşanma şərtləri ilə bağlı razılığa gəldilər

Dünya xəbərləri Materials 31 Dekabr 2024 12:37 (UTC +04:00)
Bred Pitt və Ancelina Coli boşanma şərtləri ilə bağlı razılığa gəldilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli səkkiz il davam edən məhkəmə prosesindən sonra nəhayət boşanma şərtləri ilə bağlı razılığa gəliblər.

Trend xəbər verir ki, People jurnalı razılaşmanın dekabrın 30-da tərəflər tərəfindən imzalandığını yazıb. Colinin vəkili Ceyms Saymonun sözlərinə görə, aktrisa uzun mübahisələrdən yorulub, lakin razılaşmanın əldə olunması ona rahatlıq gətirib: "Ancelina yorğundur, lakin bunun bitdiyi üçün rahatdır" deyə o bildirib.

Pitt və Coli 2014-cü ildə Fransada evlənmiş, lakin 2016-cı ildə Coli boşanma üçün məhkəməyə müraciət etmişdi. Rəsmi olaraq 2019-cu ildə boşanan cütlük, illərdir əmlak bölgüsü və altı uşağın - üç bioloji, üç övladlığa götürülmüş - qəyyumluq məsələlərində razılıq əldə edə bilmirdi.

Razılaşma, Hollivud tarixinin ən uzunmüddətli və mürəkkəb boşanma proseslərindən birinə son qoyur.

Xəbər lenti

Xəbər lenti