Bakı. Trend:
İstanbul təmsilçisi "Sauthempton" klubunda çıxış edən Paul Onuaçunu transfer etməyi düşünür.
Trend xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sauthempton" nigeriyalı forvardı satmaq əleyhinə deyil və İngiltərə klubu "Beşiktaş"dan 13 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Sauthempton" Paul Onuaçunu 2023-cü ilin yanvar ayında "Genk" klubundan transfer edib. 30 yaşlı hücumçu, eyni zamanda, Nigeriya millisinin üzvüdür və bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 11 rəsmi matçda oynayıb. Təcrübəli futbolçu ötən mövsüm isə icarə əsasında "Trabzonspor"da çıxış edib.