Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə “TRT Haber” xəbər yayıb.
Bildirilir ki, söhbət zamanı nazirlər ikitərəfli əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.