...

Təyyarə qəzasında yaralanan 3 Azərbaycan vətəndaşı Aktaudan Bakıya gətirilib (ƏLAVƏ OLUNUB) (VİDEO)

Cəmiyyət Materials 30 Dekabr 2024 21:35 (UTC +04:00)
Təyyarə qəzasında yaralanan 3 Azərbaycan vətəndaşı Aktaudan Bakıya gətirilib (ƏLAVƏ OLUNUB) (VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolların”a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Trend xəbər verir ki, yaralıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

XXX

21:02

“Azərbaycan Hava Yolların”a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya göndərilib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Qazaxıstan FHN yaralıların hava limanına nəql edilməsi üçün tam nəqliyyat dəstəyi göstərib.

Xəbər lenti

Xəbər lenti