Bakı. Trend:
Ölkənin ümumi əhalisi 10,02 milyon nəfərdir. Onlardan 7,7 milyonu yəhudilərdir (ümumi əhalinin 76,9 faizi), 2,1 milyonu ərəblərdir (21 faiz), 216 min nəfəri isə əcnəbilərdir (2,1 faiz).
Trend-in məlumatına görə, bu barədə İsrailin Mərkəzi Statistika Bürosu xəbər yayıb.
2024-cü ildə əhalinin artım tempi 2023-cü ildəki 1,6 faizdən 1,1 faizə enib. Bu azalmanın əsas səbəbi cari ildə İsraildən çox sayda insanın çıxması ilə bağlıdır.
Statistikaya əsasən, 2024-cü il ərzində İsraildə təxminən 181 min körpə dünyaya gəlib. Lakin miqrasiya saldosu mənfi olub və 18,2 min nəfərlik azalma qeydə alınıb.