...

TəhsilPlus kartı təhsilverənlərin rifahının yaxşılaşmasına səbəb olacaq - Nicat Məmmədli

Cəmiyyət Materials 18 İyul 2025 15:14 (UTC +04:00)
TəhsilPlus kartı təhsilverənlərin rifahının yaxşılaşmasına səbəb olacaq - Nicat Məmmədli
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

TəhsilPlus kartı təhsilverənlərin rifahının yaxşılaşmasına səbəb olacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən TəhsilPlus kartının təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, TəhsilPlus kartı tələbələrlə yanaşı, təhsilverənlərə də münasibətdə tətbiq olubacaq.

Onun sözlərinə görə, kartlarda keşbeklərdən gələn gəlir müəllimlərin rifahının yaxşılaşmasına sərf edəcək.

"Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək. Bu, müəllimin nüfuzunun qiymətləndirilməsi baxımdan olduqca vacib addımdır", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti