...

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 150-dən çox saxlanılan var

Dünya xəbərləri Materials 18 İyul 2025 09:44 (UTC +04:00)
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 150-dən çox saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 28 vilayətində son iki həftə ərzində İŞİD terrorçu qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində 153 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya rəsmi “X” səhifəsində paylaşım edib.

Qeyd edilir ki, saxlanılan şəxslərin terror təşkilatına üzv olduqları, təşkilatla əlaqəli olduğu iddia edilən “yardım təşkilatları” vasitəsilə maliyyə dəstəyi göstərdikləri və sosial media üzərindən təşkilat təbliğatı apardıqları müəyyən edilib.

Əməliyyatlar zamanı çox sayda təşkilata aid sənəd və rəqəmsal materialın da ələ keçirildiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti