...

"Mançester Siti" öz yetirməsini geri qaytarmaq istəyir

İdman Materials 19 İyul 2025 05:19 (UTC +04:00)
"Mançester Siti" öz yetirməsini geri qaytarmaq istəyir

Bakı. Trend:

Ceyms Trafford "Mançester Siti"yə qayıda bilər.

Trend xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "şəhərlilər" bu yay gənc qapıçını geri qaytarmaq imkanını nəzərdən keçirirlər. Lakin bu, yalnız Ederson və ya Ştefan Orteqanı itirəcəkləri halda baş verə bilər.

Son günlərdə klub "Bernli" ilə əlaqə saxlayıb. "Siti"nin öz yetirməsi ilə bağlı geri alma razılaşması mövcuddur, buna görə də futbolçunun transferində maraqlı olan "Nyukasl"la hələlik heç bir razılıq əldə olunmayıb.

Xəbər lenti

Xəbər lenti