...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar (FOTO)

Cəmiyyət Materials 19 İyul 2025 10:27 (UTC +04:00)
Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatlar aparıldı. Məlum oldu ki, Ağdam şəhəri işğal olunan kimi erməni işğalçıları burada bütün qəbirlərin başdaşı və sinədaşlarını sındırıblar.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.

O bildirib ki, bəzi qəbirlər təmamilə qazılaraq dağıdılıb.

“XX əsrə aid bəzi qəbirlərə baş tərəfdən, qiymətli metallardan olan protezləri talan etmək məqsədilə müdaxilə olunub. Soyğunçuluq məqsədilə qəbirlərə müdaxilə, həmçinin, Ağdam Cümə məscidinin şərq divarının bayır hissəsi tərəfdə dəfn edilmiş seyidlərin qəbirlərində də müşahidə olunub”, - deyə F.Quliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti