Bakı. Trend:
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci məhdudlaşdırıcı ölçülər paketi çərçivəsində Belarusun hərbi-sənaye kompleksinə aid səkkiz hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə Aİ rəsmi jurnalında dərc olunmuş Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
“...Vəziyyətin ciddiliyini nəzərə alaraq, səkkiz hüquqi şəxs barəsində məhdudlaşdırıcı ölçülərin tətbiq olunduğu fiziki və hüququ şəxslərin siyahısına daxil edilməlidirlər”, - deyə bəyanatda qeyd olunub.
Qara siyahıya düşmüş Belarus müəssissələri arasında “Belvneşpromservis”, “Leqmaş” zavodu, “Pilotsuz helikopterlər” konstruktor bürosu, “LEMT” elmi-texniki mərkəzi, “Lazer cihazları və texnologiyaları” MMC yer alır.
Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketini daxil edib. Yeni məhdudiyyətlər ölkənin enerji, bank və hərbi sektorlarına hədəflənib.