Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,42 ABŞ dolları və ya 3,22% azalaraq 72,82 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,06 dollar/barel, minimum isə 72,18 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,48 ABŞ dolları və ya 3,35% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,86 dollar/barel, minimum isə 70,87 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,06 ABŞ dolları və ya 1,79% azalaraq 58,08 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,56 dollar/barel, minimum isə 57,17 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,89 dollar və ya 1,24% ucuzlaşaraq, 70,93 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 71,46 dollar/barel, minimum isə 70,01 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
14.07.2025 |
15.07.2025 |
16.07.2025 |
17.07.2025 |
18.07.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$74,06 |
- |
$72,36 |
$72,67 |
$72,18 |
$72,82 |
Azeri Light FOB Ceyhan |
$72,86 |
- |
$71,11 |
$71,36 |
$70,87 |
$71,55 |
Urals (EX NOVO) |
$58,56 |
- |
$57,17 |
$58,11 |
$58,48 |
$58,08 |
Dated Brent |
$71,46 |
- |
$70,01 |
$70,96 |
$71,28 |
$70,93 |