...

Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edilib

Gündəm Materials 18 İyul 2025 12:21 (UTC +04:00)
Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilərlə müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

"Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111.95 karat brilyant qaşlar aşkarlanıb",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti