...

ABŞ Konqresi sərt büdcə ölçülərini təsdiqləyib

Dünya xəbərləri Materials 18 İyul 2025 12:02 (UTC +04:00)
ABŞ Konqresi sərt büdcə ölçülərini təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresinin nümayəndələr palatası büdcə xərclərinin 9 milyard dollar həcmində ixtisarını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, qanun layihəsinin leyhinə 216 konqresmen səs verib. İxtisarlara beynəlxalq yardım proqramlarının və NPR və PBS kimi ictimai yayım şirkətlərinin maliyyələşməsinin dayandırılması hesabına nail olunub.

Bundan əvvəl qanun layihəsi Senat tərəfindən təsdiq olunmuşdu. İndi onun qüvvəyə minməsi üçün prezident tərəfindən imzalanması tələb olunub. İxtisara düşən federal xərclər bundan təsdiqlənmiş büdcədə nəzərdə tutulduğundan, bunun üçün Senat və Nümayəndələr palatasının təsdiqinə ehtiyac yaranmışdı.

Prezident Donald Tramp Konqresin hər iki palatası tərəfindən sənədin qəbul olunmasını təqdir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti