...

Platininin medal və kubokları oğurlanıb

Dünya xəbərləri Materials 18 İyul 2025 18:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA-nın keçmiş prezidenti, sabiq futbolçu Mişel Platininin evi qarət olunub.

Trend xəbər verir ki, bu haqda “Footmercato” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hadisə 18 iyul səhəri onun Buş-dü-Ron bölgəsində yerləşən iqamətgahında baş verib. Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.

Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb. Hal-hazırda dəymiş ziyanın məbləği müəyyən olunmayıb.

Xəbər lenti

Xəbər lenti