...

Ukrayna uzaqmənzilli silah sistemləri alacaq

Dünya xəbərləri Materials 18 İyul 2025 06:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Mertz ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında keçirilən birgə mətbuat konfransında bildirilib ki, Ukrayna, Britaniya və Almaniyanın müdafiə sənayelərinin əməkdaşlığı çərçivəsində istehsal edilən uzaqmənzilli silah sistemlərini alacaq.

Trend xəbər verir ki, bu barədə məlumatı "Sky News" portalı yayıb.

Mertz qeyd edib ki, bu əməkdaşlıq sayəsində Ukrayna yaxın vaxtlarda əlavə silah dəstəyi alacaq və yaxın həftələrdə, aylarda yeni silahların təhvil veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti