...

ANAMA kollektivi Ulu Öndərin məzarını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2025 15:09 (UTC +04:00)
ANAMA kollektivi Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

ANAMA kollektivi Agentliyin təsis edilməsinin 27-ci ildönümü ilə əlaqədar Ulu Öndərin məzarını ziyarət edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mina Təmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyul tarixli sərəncamı ilə təsis edilən ANAMA-nın 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.

Ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti