Bakı. Trend:
İyun ayında Avrozonada illik inflyasiya səviyyəsi 2 faiz təşkil edib.
Trend-in məlumatına görə, bu göstərici Avropa Mərkəzi Bankının müəyyən etdiyi 2 faizlik inflyasiya hədəfinə tam uyğundur.
İstehlak qiymətləri indeksi aylıq müqayisədə 0,3 faiz artıb. Aylıq əsasda ən yüksək qiymət artımı xidmət sektorunda qeydə alınıb – 1,51 faiz. Qida məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiyməti 0,59 faiz, qeyri-enerji sənaye məhsullarının qiyməti 0,13 faiz, enerji məhsullarının qiyməti isə 0,25 faiz artıb.
Avropa İttifaqı üzrə orta inflyasiya göstəricisi iyun ayında 2,2 faiz olub. İtaliyada isə bu göstərici 1,8 faiz təşkil edib.