Bakı. Trend:
Cənubi Koreya 2045-ci ilə qədər Aya daimi baza yaradılması planını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə məlumatı "The Korea Times" nəşri yayıb.
Layihə Koreya Aerokosmik Təhlükəsizlik İdarəsi (KASA) tərəfindən açıqlanan yeni kosmik strategiyanın tərkib hissəsidir. Strategiyada aşağıdakı mərhələlər nəzərdə tutulub:
2030-cu ilə qədər ilk milli astronomik peykin buraxılması,
2040-cı ilə qədər Aya eniş modulunun göndərilməsi,
və 2045-ci ilə qədər daimi Ay bazasının yaradılması.
Proqramın əsas məqsədi naviqasiya, eniş və Ay resurslarının tədqiqi üçün Cənubi Koreyanın öz texnologiyalarını inkişaf etdirməkdir.
Bu təşəbbüs Cənubi Koreyanın kosmik sahədə mühüm irəliləyiş əldə etmək və beynəlxalq kosmik yarışmada iştirakını gücləndirmək istəyi ilə əlaqəlidir.