...

Qarabağ Dirçəliş Fondu rüşvətxorluq əleyhinə idarəetmə sistemi üzrə sertifikatlaşdırma xidməti aparacaq

İqtisadiyyat Materials 18 İyul 2025 09:57 (UTC +04:00)
Qarabağ Dirçəliş Fondu rüşvətxorluq əleyhinə idarəetmə sistemi üzrə sertifikatlaşdırma xidməti aparacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Dirçəliş Fondu İSO 37001:2016 “Rüşvətxorluq əleyhinə idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikatlaşdırma xidməti aparacaq.

Trend-in məlumatına görə, fond bununla bağlı müvafiq işlərə start verib.

Məlumata görə, sertifikatlaşdırma aşağıdakı mərhələləri əhatə etməlidir:

1. İlkin audit - Fondun idarəetmə sisteminin ISO 37001:2025 standartına uyğunluğunun yoxlanılması və müvafiq hesabatın (Azərbaycan dilində) təqdim olunması;

2. Fonda İSO 37001:2025 Beynəlxalq Standartı üzrə kənar nəzarət auditinin keçirilməsi, audit hesabatının təqdim olunması (Azərbaycan dilində) və audit nəticələri qənaətbəxş olduğu halda Fonda beynəlxalq reyestrdə əks olunan İSO 37001:2025 Beynəlxalq Sertifikatın təqdim edilməsi;

3. Fondda İSO 37001:2025 Beynəlxalq Standartı üzrə birinci nəzarət auditinin keçirilməsi və müvafiq hesabatın (Azərbaycan dilində) təqdim olunması;

4. Fondda İSO 37001:2025 Beynəlxalq Standartı üzrə ikinci nəzarət auditinin keçirilməsi və müvafiq hesabatın (Azərbaycan dilində) təqdim olunması

Qeyd edək ki, fond Bakı şəhərində yerləşir, filial və ya nümayəndəliyi yoxdur. Fondun hal-hazırda 37 işçisi mövcuddur və hər biri daimi əsaslarla fəaliyyət göstərir. Administrativ heyət sayı 9 nəfərdir. Fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirir.

Məlumata əsasən, fond tərəfindən həmçinin ISO 37001:2025 rüşvətxorluğa qarşı idarəetmə sistemləri üzrə daxili auditor təliminin keçirilməsi nəzərdə tutulur.

Təlim aşağıdakıları əhatə edəcək:

1. Rüşvətxorluğa qarşı idarəetmənin prinsipləri;

2. Rüşvətxorluğa qarşı idarəetmə sisteminin tətbiqinin faydaları;

3. ISO 37001 beynəlxalq standartının tələbləri;

4. Rüşvətxorluğa qarşı effektiv idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi ilə bağlı addımlar;

5. Rüşvətxorluğa qarşı mübarizədə liderliyin və işçilərin məlumatlandırılmasının rolu;

6. Rüşvətxorluğa qarşı idarəetmədə risklərin qiymətləndirilməsi və lazımi araşdırmanın əhəmiyyəti;

7. Rüşvətxorluğa qarşı idarəetmədə monitorinqin və davamlı təkmilləşdirmənin rolu

Təlimin nəticəsində bütün iştirakçılara iştirak haqqında sertifikat, müvafiq imtahanı uğurla keçmiş iştirakçılara daxili auditor sertifikatının təqdim edilməsi tələb edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti