...

Yaponiya F-15 təyyarələrini JASSM-ER raketləri ilə təchiz etmək planını gecikdirə bilər

Turizm Materials 18 İyul 2025 06:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya hökuməti təxminən 900 km mənzilli JASSM-ER qanadlı raketlərini daşımaq məqsədilə Hava Özünümüdafiə Qüvvələrinə məxsus F-15 qırıcılarının bir hissəsini təkmilləşdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə məlumatı “Asahi” qəzeti yayıb.

Qəzetin yazdığına görə, ilkin layihə xərcləri 1,5 dəfə artaraq 1 trilyon yeni (təxminən 6,8 milyard dollar) keçib. Bu da təkmilləşdirilmiş təyyarələrin döyüş istifadəsinə verilmə tarixinin gecikməsinə səbəb ola bilər.

Təkmilləşdirmə planı 2019-cu ildən hazırlanmağa başlayıb, lakin 2021-ci ildə artan xərclər səbəbilə yenidən nəzərdən keçirilib. Son qiymətləndirməyə görə, 2025-ci ilin martına qədər büdcə 1,016 trilyon yenə çatıb.

Nəticədə, Yaponiya Müdafiə Nazirliyi istehsalçılara təyyarələrin 2027-ci maliyyə ilində (1 aprel 2027 – 31 mart 2028) döyüş istifadəsinə verilməsinin təxirə salına biləcəyini, hətta 2028-ci ildə də mümkün olmaya biləcəyini bildirib.

Layihəyə əsasən, 200 ədəd F-15 təyyarəsindən 68-i modernləşdiriləcək. Təyyarələr JASSM-ER raketləri, yeni radar sistemləri və elektron müharibə texnologiyaları ilə təchiz ediləcək. Bu modernləşmə Çinin artan dəniz hərbi aktivliyinə qarşı əsas tədbir kimi qiymətləndirilir.

Modernləşdirmə layihəsi ABŞ-Yaponiya müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirilir və ölkənin uzun mənzilli hücum qabiliyyətlərini artırmağa yönəlib.

Xəbər lenti

Xəbər lenti