...

Snup Doqq "Suonsi"nin səhmdarı oldu

İdman Materials 18 İyul 2025 06:18 (UTC +04:00)
Snup Doqq "Suonsi"nin səhmdarı oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur amerikalı reper Snup Doqq İngiltərənin Çempionşip təmsilçisi "Suonsi Siti" futbol klubunun səhmdarı olub.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasına istinadən "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, musiqiçi kluba şəxsi sərmayə yatırıb və klubun inkişaf strategiyasında fəal rol oynayacaq.

"Suonsi"nin əsas sahibləri Brett Kravatt və Ceyson Koen yeni ortaqla birgə klub brendini qlobal bazarda daha geniş şəkildə tanıtmağı və gəlirləri artırmağı planlaşdırır.

Qeyd edək ki, Snup Doqq iki gün əvvəl klubun 2025/2026 mövsümü üçün təqdim etdiyi yeni formaların rəsmi təqdimat mərasimində də iştirak edib. Bu addım onun kluba olan marağının və iştirakının yalnız maliyyə deyil, həm də tanıtım yönümlü olduğunu göstərir.

Xatırladaq ki, aprel ayında "Suonsi"nin səhmdarları sırasına Luka Modriç də daxil olmuşdu. "Real Madrid"in sabiq yarımmüdafiəçisi növbəti mövsümdən "Milan" klubunda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti