Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçiriləcək.
PFL-dən Trend-ə verilən məlumata görə, mərasim “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyli zalı”nda baş tutacaq.
Tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.