Bakı. Trend:
Pakistandan son 3 həftə ərzinə musson yağışları və nəticədə meydana gələn daşqınlar nəticəsində azı 178 nəfər həyatını itirib. Sellər yüzlərlə evi dağıdıb, minlərlə insan yaşadıqları məskənləri tərk etmək məcburiyyətində qalıb.
Bu barədə Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Yerli rəsmilərin bildirdiyinə görə, təkcə Pəncab ştatının ərazisində 24 saat ərzində azı 63 nəfər həlak olub. Qurbanların çoxu selin və torpaq sürüşmələrinin təsiri ilə çökən evlərin dağıntıları altında qalaraq həyatını itirib. Digərləri seldə boğulub və ya elektrik cərəyanından dünyasını dəyişib.
Pakistanın Fəlakətlərin İdarəolunması üzrə Milli Qurumunun məlumatına görə, ümumi qurbanların 85-i uşaqlar təşkil edib.